Tanınmış jurnalist AQTA-dan ayrıldı

12:30 - 02 Noyabr 2022

Tanınmış jurnalist AQTA-dan ayrıldı

Tanınmış jurnalist, Qida Təhlükəsizliyi Agentliyinin sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb.

 

Bu barədə A.Fərziyeva Manset.az-a özü məlumat verib.

2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, daha sonra Agentlik sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışan A.Fərziyeva tutduğu vəzifədən öz xahişi ilə ayrıldığını deyib.

Qeyd edək ki, Aysel Fərziyeva bundan əvvəl Lider TV-də “Ekonomiks”, ATV-də “Xəbərlər”, “ATV iqtisadiyyat”, “Made in Azerbaijan” verilişlərinin aparıcısı olub. O, “ARB 24”də “Xəbərlər”, “Business lady”, “Pandemiya gündəmi”, “Nə baş verir” kimi bir sıra ictimai-siyasi proqramların aparıcısı kimi çalışıb. Həmçinin, Real TV-də “Realda Qida” və “ARB24”-də “Qida Bələdçisi” verilişlərinin müəllifi, layihə rəhbəri və aparıcısı, “Süfrə” elmi-kütləvi jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az