logo
logo logo
logo

“20 yanvar” dairəsində qanunsuz sərnişin daşıyan sürücülər cərimələndilər - Bakıda reyd (VİDEO)

23:12 - 02 Noyabr 2022

“20 yanvar” dairəsində qanunsuz sərnişin daşıyan sürücülər cərimələndilər - Bakıda reyd (VİDEO)

Paytaxtda ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılması üçün Dövlət Yol Polisi və Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları reydlərə başlayıblar.

 

Manset.az xəbər verir ki, Bakının “20 yanvar” dairəsi ətrafında reyd keçirilib.

Qayda pozuntularına yol verən sürücülər cərimə ediliblər.

Qeyd edək ki, günün istənilən saatında “20 yanvar” dairəsi ətrafından Sumqayıt, Xırdalan şəhərləri və müxtəlif ətraf qəsəbələrə taksi və kiçiktutumlu digər avtomobilərlə qeyri-qanuni sərnişin daşıyan xeyli sürücü olur. Onlar metrodan çıxanları aparmaq üçün avtomobili yolun hərəkət hissəsində saxlayırlar. Onsuz da hərəkətin intensiv olduğu bu günlərdə həmin ərazidə vəziyyət daha da gərginləşdirilir.

Reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olduğu iddia edilən bəzi sürücülər yol polisinə tabe olmayaraq ərazidən qaçmağa cəhd ediblər. Amma polis onları da saxlayaraq barələrində cərimə tətbiq edib.

Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib ki, aşkar edilən sürücülərin sərnişin daşımaları üçün fərqlənmə nişanları olmadığından onların fəaliyyəti qanunsuz hesab edilir. Buna görə də onların avtovağzal ərazisində daxil olması mümkünsüzdür. 

Amma görünən odur ki, edilən xəbərdarlıq və yazılan cərimələr bu yolda hərəkətin tənzimlənməsində çıxış yolu deyil. Ərazidən qovulan sürücülər, bir müddət “20 yanvar” dairəsinə yaxın ərazidə sıra ilə durub aidiyyəti qurumların getməsini gözləyirlər. Görünür, bu ərazi ilə bağlı daha ciddi tədbirlər görülməlidir. Əks halda xaotik vəziyyət hər keçən gün daha da artacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az