“Azərbaycanda dərmanlar hədsiz bahadır” - Məlahət İbrahimqızı

16:26 - 04 Noyabr 2022

“Azərbaycanda dərmanlar hədsiz bahadır” - Məlahət İbrahimqızı

“Bu gün Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır”.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Məlahət İbrahimqızı bildirib.

“Apteklərdə hətta ucuz dərmanların qıtlığı yaşanır. Dərmanların idxal rüsumu və ƏDV-nin azaldılmasını təklif edərdim”, - deyə Məlahət İbrahımqızı bildirib. 

O, eyni zamanda Azərbaycanda işsizliyə görə verilən müavinətin təklifini edib: “Bir çox ölkələrdə bu, minimum əməkhaqqının 70-80%-i götürülür. Bu məsələyə də baxılsa, daha yaxşı olar”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az