11 noyabrda 111 111 ağac əkiləcək

16:27 - 05 Noyabr 2022

11 noyabrda 111 111 ağac əkiləcək

Qardaş Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən genişmiqyaslı ağacəkmə aksiyası ölkəmizdə artıq ənənəyə çevrilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə MəmmədovaManset.az-a bildirib ki, qardaş Türkiyədə hər il 11-ci ayın 11-ci günündə keçirilən bu təşəbbüsə ölkəmiz növbəti dəfə də böyük ruh yüksəkliyi ilə qoşulacaq.

“Bu il də Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək  bütün ölkə ərazisində 111 111 ağac əkməklə bu nəcib aksiyaya töhfə verəcəyik”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan 2020-ci ildən başlayaraq Türkiyənin “Gələcəyə nəfəs” adlı ağacəkmə təşəbbüsünə qoşulub və ölkənin bütün bölgələrində kütləvi ağacəkmə aksiyaları keçirib.

“Bu cür irimiqyaslı aksiyaların keçirilməsi yaşıllıqların genişləndirilməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün ölkəmizin qoşulduğu təşəbbüslərə dəstəkdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az