logo
logo logo
logo

Maştağada narkomanların məskəninə çevrilən "xəstəxana" ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

10:51 - 14 Dekabr 2022

Maştağada narkomanların məskəninə çevrilən \"xəstəxana\" ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Bakıda fəaliyyətini dayandırmış daha bir dövlət müəssisəsinin binası narkomanların məskəninə çevrilib.

 

Manset.az xəbər verir ki, söhbət Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən xəstəxana binasından gedir.

Bir vaxtlar narkoloji dispanser kimi fəaliyyət göstərmiş obyektə hazırda narkomanlar tezt-tez toplaşır.

Sakinlər mövcud vəziyyətlə bağlı REAL TV-yə bildirib ki, adı çəkilən ərazi həm zibilliyə çevrilib, həm də gecələr narkomanların baş çəkdiyi ərsziyə dönüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, avaralıq, tufeyli həyat tərzi sürən, həmçinin narkotik vasitələrdən istifadə edən şəxslərin paytaxt ərazisində yarı tikililərdə, nəzarətsiz olan ərazilərə toplaşaraq neqativ əməllərlə məşğul olma halları ilə bağlı polis əməkdaşlarının zəruri tədbirləri həyata keçirməsi diqqət mərkəzində saxlanılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az