Avropa İttifaqı Polis Təşkilatının (Avropol) koordinasiyası ilə 28 ölkədə keçirilən “saxta dərman” və “dopinq maddəsi” əməliyyatlarında 349 nəfərin saxlanıldığı, 10,5 milyondan çox saxta məhsulun müsadirə edildiyi bildirilib.
Manset.az haberglobal-a istinadən xəbər verir ki, narkotiklərin istehsal edildiyi 10 qeyri-qanuni laboratoriyanın bağlandığı əməliyyatlarda 1 milyon saxta Covid-19 testinin ələ keçirildiyi bildirilib.
Avropa Qaçaqmalçılıqla Mübarizə Ofisi (OLAF), Ümumdünya Antidopinq Agentliyi (WADA) və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dəstəklədiyi əməliyyatlarda Avropa İttifaqına üzv 19 ölkənin təhlükəsizlik qüvvələri ilə yanaşı, Albaniya, Bosniya-Herseqovina , Kolumbiya, Gürcüstan, İslandiya, Şimali Makedoniya, Serbiya, İsveçrə və ABŞ-ın təhlükəsizlik bölmələridə iştirak edib.