Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 294 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 90, ikinci doza üzrə 51, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 131-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22-dir.