logo
logo logo
logo

Yeni açılacaq "Xocəsən" metrostansiyasından XƏBƏR VAR

10:28 - 22 Dekabr 2022

Yeni açılacaq \"Xocəsən\" metrostansiyasından XƏBƏR VAR

Bakı metropoliteninin "Xocəsən" elektrik deposu və eyniadlı yerüstü stansiyasında tikinti və quraşdırma işləri tam başa çatıb.

 

Manset.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiya və depo ərazisində tənzimləmə və sınaq işləri görülür.

"Hazırda stansiya və depoda inşaat işləri tam yekunlaşıb. Quraşdırma, sazlama, tənzimləmə və infrastrukturla bağlı məsələlərinin tam əksəriyyəti həllini tapıb. Hazırda sınaq və tənzimləmə işləri aparılır. Zəruri yerlərdə texnoloji proseslərə uyğun olaraq sazlanma işləri davam etdirilir".

Xatırladaq ki, "Xocəsən" elektrik deposu və "Xocəsən" yerüstü metro stansiyasının ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az