2 nəfərin ölümünə səbəb olan "Range Rover" sürücüsü SAXLANILDI

13:50 - 22 Dekabr 2022

2 nəfərin ölümünə səbəb olan \"Range Rover\" sürücüsü SAXLANILDI

Bakıda 2 nəfərin ölümündə təqsirləndirilən "Range Rover" sürücüsü saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə cinayət işi başlanıb. Qanunvericiliyə uyğun olaraq təyin edilən yol-nəqliyyat ekspertizasının rəyi əsasında hadisədə təqsiri sübuta yetirilən “Range Rover” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Beytulla Babayev saxlanılıb.

Xatırladaq ki, oktyabrın 8-də Sabunçu rayonunda - Bilgəh-Nardaran yolunda “Range Rover” markalı avtomobillə “KİA” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb. Bildirilib ki, hadisə “Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə “KİA”da olan 2 gənc dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az