Ucarda 16 yaşlı qızın toyunda iştirak edən polis barəsində araşdırma başladıldı - AÇIQLAMA

10:28 - 23 Dekabr 2022

Ucarda 16 yaşlı qızın toyunda iştirak edən polis barəsində araşdırma başladıldı - AÇIQLAMA

Ucarda yetkinlik yaşına çatmayan qızın toyunda iştirak edən polis əməkdaşı ilə bağlı araşdırma aparılır. 

Toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub. Mərasimin görüntüləri sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:

“Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az