Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən bir şirkətin ərazisindən 4 600 manat dəyərində 340 metr elektrik kabelinin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elnur Baloğlanov və Vüqar Tahirov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.