Elmar Məmmədov Ukrayna Milli Tibb Elmləri Akademiyasına hədiyyə etdi

20:30 - 28 Dekabr 2022

Elmar Məmmədov Ukrayna Milli Tibb Elmləri Akademiyasına hədiyyə etdi

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı” Kozyavkin Medical Group-un prezidenti, beynəlxalq reabilitasiya klinikaları şəbəkəsinin rəhbəri, görkəmli alim və tədqiqatçı, nevrologiya və tibbi reabilitasiya üzrə mütəxəssis, Milli Tibb Elmləri Akademiyasının akademiki, Ukraynanın Milli Qəhrəmanı Volodimir Kozyavkinin tibb elmi tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq,  onun xatirəsini əbədiləşdirmək məqsədilə üzərində alimin portreti olan xalçanı “Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı” adından rəmzi xatirə hədiyyəsi olaraq Milli Tibb Elmləri Akademiyasına hədiyyə edib.

 

Manset.az-ın məlumatına görə, Volodimir Kozyavkinin səhiyyə sisteminin inkişafı, tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək ixtisaslı həkim kadrlarının hazırlanması  sahəsindəki xidmətlərindən bəhs edən “Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı”nın sədri Elmar Məmmədov alimin zəngin elmi irsinin, apardığı tədqiqatların, qazandığı nailiyyətlərin tibb elminin müxtəlif sahələrinə daima işıq salacağına əminliyini ifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az