Qaziləri aldadan icra başçısının qardaşı oğluna bu hakim cəza kəsəcək

19:40 - 29 Dekabr 2022

Qaziləri aldadan icra başçısının qardaşı oğluna bu hakim cəza kəsəcək

Qarabağ müharibəsi iştirakçıları və digər şəxslərin əmlaklarının qanunsuz yolla ələ keçirilməsi faktı ilə bağlı açılan cinayət işinə məhkəmədə baxılma zamanı bəlli olub.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 39 nəfərə aid ümumilikdə 16 min 765  manat pul vəsaitini ələ keçirmiş, o cümlədən 12 min 308 manat məbləğində pulu leqallaşdırmış Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə yekun ittiham elan edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə 10.01.2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, bu ilin iyulun 27-də saxlanılan Elvin Əliyevin Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğlu olduğu deyilir.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az