Bakıda yeni metro stansiyası nə vaxt açıla bilər?

13:12 - 30 Dekabr 2022

Bakıda yeni metro stansiyası nə vaxt açıla bilər?

“Bənövşəyi xətt”in yeraltı dördüncü stansiyası olan “B4” 2024-cü ildə açıla bilər”.

Manset.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, dəqiq tarix növbəti ildə işlərin hansı səviyyədə icra olunmasından asılıdır.

“Dördsəviyyəli olan stansiyanın iki səviyyəsinin inşası başa çatdırılıb. 2023-cü ilin sonuna qədər digər səviyyələrin də inşası tamamlanacaq. Həmçinin infrastrukturun qurulması və təchizatla bağlı əsas işlər də gələn il görüləcək”, - deyə o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az