logo
logo logo
logo

Baku.ws-in 19 yaşı tamam oldu

09:21 - 05 Yanvar 2023

Baku.ws-in 19 yaşı tamam oldu

Bu gün - 5 yanvar Baku.ws saytının fəaliyyətə başlamasından 19 il ötür.

Bu illər ərzində Baku.ws daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib. Xəbər portalı dünyanın müxtəlif ölkələrində, həmçinin Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, reportaj, müsahibə, araşdırma və ya digər aktual məsələlərə aid cəmiyyətdə söz sahibi olan şəxslərin açıqlamalarını təqdim edir.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Baku.ws qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayır.

Baku.ws Azərbaycanın “Instagram” seqmentində 1 milyon izləyicini ötən ilk və yeganə rəsmi xəbər səhifəsidir. Səhifə 2022-ci ilin sentyabr ayında Azərbaycan seqmentində rekord göstəriciyə imza atıb. Belə ki, xəbər portalının “Instagram” səhifəsinin bir ay ərzində unikal istifadəçilərin sayı 2,8 milyon təşkil edib və paylaşımlar ümumilikdə 221 milyon baxış toplayıb.

Bu rəqəmlər onu göstərir ki, səhifə milyonlara xitab edir və izləyicilər rəsmi, etibarlı xəbər ünvanı olaraq məhz Baku.ws-i seçir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az