logo
logo logo
logo

Azərbaycanda 3 bacı dəm qazından zəhərləndi

09:26 - 05 Yanvar 2023

Azərbaycanda 3 bacı dəm qazından zəhərləndi

Ağstafada üç bacı dəm qazından zəhərlənib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri olan bacılar - Nərmin Rasim qızı Məmmədova, Zeynəb Rasim qızı Məmmədova və Fatimə Rasim qızı Məmmədli yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az