Azərbaycanın məşhur Əməkdar artisti ağır əməliyyat keçirəcək- Özü açıqladı (FOTO)

13:59 - 06 Yanvar 2023

Azərbaycanın məşhur Əməkdar artisti ağır əməliyyat keçirəcək- Özü açıqladı (FOTO)

“Bu günlərdə vəziyyətim heç də yaxşı deyildi. Səhhətim pisləşmişdi. Xəstəxanada müalicəmi davam etdirdim. Artıq evə buraxılmışam”.

 

Manset.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev Bizim.Media-ya deyib. 

70 yaşlı sənətkar bildirib ki, gələn həftə ürəyindən açıq əməliyyat olunacaq: 

“Həkimin yanından indi çıxdım. O dedi ki, sağlamlıq vəziyyətim normallaşsa, gələn həftə açıq ürək əməliyyatı keçirəcəyəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq”. 

Aktyor hazırda səhhəti ilə bağlı fikirlərini bu cür yekunlaşdırıb: 

“Xanımım məni bir gün də tək qoymadı. Ruhum güclü olduğuna görə, ürəyim ağrısa da, özümü yaxşı hiss edirəm. Yaxşı olmağa çalışıram”. 

Qeyd edək ki, ötən ilin dekabrın 22-də Vahid Əliyev infarkt keçirib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az