Sürücülər arasında DAVA: Biri baltalandı

09:35 - 10 Yanvar 2023

Sürücülər arasında DAVA: Biri baltalandı

Mingəçevirdə yol vermək üstündə sürücülər arasında dava olub, biri baltalanıb.

 

Manset.az Report-a istinadla xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti "Köhnə Toxuculuq kombinatı" adlanan yerin qarşısında baş verib.

Belə ki, "Xəzər" markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Məmmədov Faiq Şikar oğlu yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı "Mercedes-Benz" markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Paşayev Elvin Camaləddin oğluna baş nahiyəsindən qəsdən balta ilə vurub "açıq kəllə beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı" xəsarətini yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az