Son 2 gündə Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

09:42 - 10 Yanvar 2023

Son 2 gündə Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

Qarlı hava şəraiti ilə əlaqədar son iki gündə Bakıda 50 yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli  məlumat verib.

O bildirib ki, Bakı şəhərində dünən 35, gecədən bu dəqiqələrə qədər isə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

“Qəzaların hamısı maddi ziyanla yekunlaşıb. Heç bir hadisədə ölüm və xəsarət halı qeydə alınmayıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az