Bakı aeroportunda QULDURLUQ: Kişini döyüb pulunu əlindən aldılar

12:54 - 10 Yanvar 2023

Bakı aeroportunda QULDURLUQ: Kişini döyüb pulunu əlindən aldılar

Bakı Beynəlxalq Hava Limanında quldurluq hadisəsi olub.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, polisə ərizə ilə müraciət edən Qalib Rüstəmov Beynəlxalq Hava Limanı ərazisində naməlum şəxslər tərəfindən döyüldüyünü, içərisində külli miqdarda ABŞ dolları və sənədləri olan çantasının əlindən alındığını bildirib.

Daxil olan şikayət əsasında DİN-in Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmalar nəticəsində hadisəni törədənlərdən ikisinin şəxsiyyəti müəyyən edilib.

Şikayətçinin iddiasına görə onlar Elçin Orucov və Fərid Vahabovdur.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az