2 nəfərə qarşı 200 minə yaxın dələduzluq edən maklerə HÖKM OXUNDU

13:18 - 10 Yanvar 2023

2 nəfərə qarşı 200 minə yaxın dələduzluq edən maklerə HÖKM OXUNDU

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vaqif Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Manset.az pravda.az-a istinadən xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vaqif Həsənov Sumqayıtda iki vətəndaşın etibarından istifadə edərək onların ümumilikdə 198 900 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, ev alqı-satqısı ilə məşğul olan təqsirləndirilən şəxs təmirsiz evləri alıb təmir etdirib satırmış. Vaqif həmin şəxslərdən də bu yolla pul alaraq qazanc əldə edəcəyi vədini verib. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az