Bəzi rayonlar üzrə təxirə salınan avtobus reysləri bərpa edildi - RƏSMİ

16:47 - 10 Yanvar 2023

Bəzi rayonlar üzrə təxirə salınan avtobus reysləri bərpa edildi - RƏSMİ

Ötən gün kəskin hava şəraiti ilə əlaqədar təxirə salınan avtobus reysləri bu gün bərpa edilib.

 

Bu barədə Manset.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

AYNA tərəfindən qarlı hava şəraiti ilə əlaqədar şəhərlərarası və rayonlararası marşutlar istiqamətində monitorinq aparılıb. Hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir.

Regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verilib. Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.

Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az