Prokurorluq orqanlarında 85 qadın əməkdaş çalışır.
Manset.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.
Kamran Əliyev bildirib ki, onlar müsabiqələr nəticəsində işə qəbul olunub. Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 8,7 faizini qadınlar təşkil edir. Hazırda rəhbər vəzifədə işləyən 9 qadın işçidən 1-i idarə rəisidir.
Qeyd edək ki, son 20 ildə prokurorluq orqanlarına müsabiqə yolu ilə ümumilikdə 1151 nəfər işə qəbul edilib. Prokurorluq orqanlarında çalışan şəxslərin orta yaş həddi 43-dür.