Keçmiş məhkumlardan 2 kiloqram marixuana götürüldü - FOTO

11:00 - 12 Yanvar 2023

Keçmiş məhkumlardan 2 kiloqram marixuana götürüldü - FOTO

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitə və həblər aşkar edilərək götürülüb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün salınmış üç saylı qəsəbə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Namiq Babazadə və Əfqan Mahmudzadənin idarəsində olan avtomobil saxlanılıb. Avtomobildə aparılan axtarış zamanı iki kiloqramdan artıq marixuana, bir kiloqramdan artıq heroin və 300 metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az