Polis 35 kiloqrama yaxın narkotik vasitə aşkarladı

13:05 - 17 Yanvar 2023

Polis 35 kiloqrama yaxın narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının yanvarın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 12,2 kiloqrama yaxın heroin, 17,6 kiloqrama yaxın marixuana, 5,2 kiloqram həşiş qatranı, 21 qram tiryək, həmçinin 1,5 kiloqrama yaxın metamfetamin və 450 ədəd yüksək təsiredici xassəyə malik psixotrop maddə olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az