Bu gün meşə fondu torpaqlarında 8000-dən çox ağac əkildi - FOTO

18:59 - 21 Yanvar 2023

Bu gün meşə fondu torpaqlarında 8000-dən çox ağac əkildi - FOTO

Respublika ərazisində son günlər hava şəraitinin əlverişli keçməsi ölkənin meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradıb.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Manset.az-a bildirib ki, bu gün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən Sabirabad və Şamaxı rayonlarının meşə fondu ərazilərinin ümumilikdə 10 hektar sahəsində 8000-dən çox ağac tingi əkilib. 

"Yanvarın 1-dən 21-dək ötən müddət ərzində isə respublika ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrinin 80 hektarında meşəbərpa tədbirləri aparılıb, 70 000 ağac tingi əkilib, 3500 kq toxum səpilib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az