ABŞ-nin İordaniyadakı Əl-Əzrəq (Müvəffəq Salti) bazası İran Ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə hücumuna məruz qalıb.
Manset.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
"Əl-Əzrəq bazasında ABŞ Ordusunun maddi-texniki təminat və dəstək avadanlıqları anbarı, qüvvələrin yerləşmə məkanları PUA-ların hədəfinə çevrilib", - məlumatda qeyd olunub.
Bildirilib ki, ABŞ-nin İordaniyadakı "Müvəffəq Salti" aviabazası avadanlıqları və yüksək insan resursları potensialı ilə regionun ən mühüm hərbi mərkəzlərindən, ABŞ və müttəfiqlərinin əsas hərbi obyektlərindən biri hesab olunur.