Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatıb.
Manset.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, ailə üzvləri, yaxınları, sadə vətəndaşlar iştirak ediblər.
Hazırda şəhidin nəşi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.
***
Orxan Əsgərovun cənazəsi vida mərasimi üçün yaşadığı evə gətirilib.
Manset.az xəbər verir ki, hazırda şəhidimizlə vida mərasimi keçirilir.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.
Ötən gecə Orxan Əsgərovun nəşi, yaralılar və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.
***
İrandakı Azərbaycan səfirliyinə terror nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində, mərhumun evinin həyətində təşkil olunub.
Mərasimdə şəhidin yaxınları, həmkarları, rəsmilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərasimdən sonra mərhum II Şəhidlər xiyabanında dəfn olunacaq.