Məişət əşyalarını lotereya uduşu adı altında satan şəxslər saxlanıldı - FOTO

11:23 - 30 Yanvar 2023

Məişət əşyalarını lotereya uduşu adı altında satan şəxslər saxlanıldı - FOTO

Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotoreya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məhsuliyətə cəlb ediliblər.

Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarını 100-500 manata satdıqları aşkarlanıb.

"Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyyə olunur", - məlumatda qeyd olunub.

Faktla bağlı araşdırmalar davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az