Qanunsuz daşınan meşə materialları bağlı araşdırma aparılır

17:16 - 30 Yanvar 2023

Qanunsuz daşınan meşə materialları bağlı araşdırma aparılır

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 12-BH-750 dövlət nömrə nişanlı “QAZ 53” markalı nəqliyyat vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı Qubadlı rayon sakini Rafəddin Həsənəliyevin idarə etdiyi avtomobilin yük yerində qanunsuz yolla əldə olunmuş 5 m3 həcmində odun aşkar olunub.

B.Məhəmmədovun sözlərinə görə, Lerik rayonunda keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakini Qabil Qubadova məxsus həyətyanı sahədəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 0,9 m3 həcmində işlik meşə materialı müəyyən edilib: "Meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır".

 

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az