Qanunsuz qum daşındığı müəyyən edildi - FOTO

10:25 - 17 Fevral 2023

Qanunsuz qum daşındığı müəyyən edildi - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər rayonu, Türkan qəsəbəsində keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında “Shacman” markalı 90 TL 580 və “Howo” markalı 77 FD 821 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə qanunsuz qum daşındığı müəyyən edilib. 

 

Xidmət rəsmisi Qafar Ağayev Manset.az-a bildirib ki, araşdırma zamanı qum daşıyan şəxslərin Elmin Əliyev və Xaliq Abdullayev olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb.

“Ərazinin nəzarətdə saxlanılması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinə və Xəzər Rayon Polis İdarəsinə müraciət olunub”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az