Vahid Mustafayev ANSPRESS-i yenidən açdı

11:58 - 17 Fevral 2023

Vahid Mustafayev ANSPRESS-i yenidən açdı

Yeddi il əvvəl bağlanan ANS PRESS saytı yenidən açılıb. 

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlki domenlə fəaliyyətə başlayan saytda artıq xəbərlər yenilənir. Saytın "haqqımızda" bölməsində anspress.com saytının ötən gündən etibarən fəaliyyətini davam etdirməyə başladığı qeyd olunur.

Şirkətdən yaxın saatlarda bununla bağlı açıqlama veriləcəyi bildirilib. 

Xatırladaq ki, Vahid Mustafayevin rəhbəri olduğu ANS Şirkətlər Qrupuna daxil olan ANSPRESS saytı ANS TV bağlanandan sonra fəaliyyətini dayandırmışdı.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az