Sərvər Bəşirlinin yeni avtomobilinə nömrə verildi - FOTO

22:35 - 17 Fevral 2023

Sərvər Bəşirlinin yeni avtomobilinə nömrə verildi - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyədə bir çox yardımları ilə tanınan, "Atlas" mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Səbahəddin Civelek Sərvər Bəşirlinin addımına cavab olaraq, ona avtomobil hədiyyə edib.

 

Manset.az-a Musavat.com-a istinadən xəbərinə görə, bu gün Sərvər Bəşirlinin yeni avtomobilinə nömrə verilib.
Baş Dövlət Yol Polisi İdarəsi jest edərək S.Bəşirlinin öz nömrəsini saxlayıb. İdarənin əməkdaşları rüsum pulunu ödəyərək Sərvərin ailəsinin xərcə düşməsinə imkan verməyiblər. Avtomobil artıq ailənin istifadəsindədir.

Xatırladaq ki, Sərvər Bəşirli hazırda Adıyamanda - zəlzələdən zərər çəkən bölgədə könüllü olaraq fəaliyyət göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az