Hazırda Azərbaycanda təhsil sektorunda əsas icra hakimiyyəti orqanı Elm və Təhsil Nazirliyidir. Müstəqilliyimizin bərpasından bəri fərqli adlarla fəaliyyət göstərən nazirliyə bu günə qədər 7 fərqli məmur rəhbərlik edib.
2022-ci il iyulun 28-dən bəri nazirliyə Emin Əmrullayev rəhbərlik edir. O, daha əvvəl 2020-ci ilin iyulundan, 2022-ci ilin iyuluna qədər təhsil naziri vəzifəsini icra edib.
Emin Əmrullayevdən öncə isə 6 fərqli təhsil nazirimiz olub.
Manset.az xəbər verir ki, Bizim.Media sabiq təhsil nazirlərinin indi harada olduqlarını araşdırıb.
1. Rafiq Feyzullayev
Müstəqillik dönəminin ilk təhsil naziri Rafiq Babaş oğlu Feyzullayev olub. Həmin dövrdə qurumun adı Xalq Təhsili Nazirliyi idi. R. Feyzullayev 5 fevral 1991 — 11 avqust 1992-ci illər aralığında nazir vəzifəsini icra edib. İxtisasca riyaziyyatçı olan ilk təhsil nazirimiz 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Təhsil naziri vəzifəsindən azad edildikdən sonra o, müdafiə nazirinin müavini təyin olunub. 1993-2001-ci illərdə isə AMEA prezidentinin müavini vəzifəsini icra edib.
Sabiq nazir dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilib. 2001-ci il iyunun 17-də Şüvəlan qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib.
2. Firudin Cəlilov
Filologiya elmləri doktoru, türkoloq Firudin Cəlilov 1992-ci ilin fevral ayında Təhsi nazirinin müavini təyin olunub, 11 avqust 1992 — 18 may 1993-cü illərdə xalq təhsili naziri olub. O, 12 may 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin edilib və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilib. Nazir olduğu dönəmdə test üsulunun tətbiq edilməsi ilə birlikdə Azərbaycan təhsilində inqilabi dəyişikliyə imza atıb.
Təhsil naziri vəzifəsindən azad edildikdən sonra Azərbaycan Milli İstiqlal Partiyası ilə əməkdaşlığa başlamış və daha sonralar partiyanın üzvü olmuş və 1997-ci ildə partiyanın ikinci postu sayılan Mərkəzi Şuranın sədri və Siyasi şuranın sədri seçilib. 1998-ci ildə partiyadan ayrılıb. Həmin dönəmdən etibarən elmi fəaliyyətlə məşğuldur.
3. Lidiya Rəsulova
Firudin Cəlilovun vəzifəsindən azad edilməsindən sonra Xalq Təhsili Nazirliyi ləğv olundu və yerinə Təhsil Nazirliyi yaradıldı. Yeni nazirliyə isə ilk olaraq, Lidiya Rəsulova rəhbərlik edib. 1993-ci ilin 2 sentyabrında bu vəzifəyə təyin edilən L.Rəsulova 1997-ci ilin 13 sentyabrınadək nazir kreslosunda əyləşib.
2005-ci ildə Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100 illik yubileyi keçirilərkən Lidiya Rəsulova bu məqsədlə təsis olunmuş “Azərbaycan həmkarlar ittifaqlarının 100 illik yubiley” medalı ilə təltif edilib. 2012-ci il fevralın 5-də dünyasını dəyişib.
4. Misir Mərdanov
Təhsil naziri postunda ən uzun müddət qalmış məmur olan Misir Mərdanov 1997-ci ildən 2013-cü ilədək nazir kreslosunda əyləşib. İxtisasca riyaziyyatçı olan Mərdanov təhsil naziri təyin edilməmişdən əvvəl Bakı Dövlət Universitetinin rektoru olub. Nazir vəzifəsindən azad edildikdən sonra isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub. Hal-hazırda da bu vəzifəni icra edir.
5. Mikayıl Cabbarov
Misir Mərdanovdan sonra təhsil naziri təyin olunan Mikayıl Cabbarov 2017-ci ilin dekabrındək bu vəzifəni icra edib. Bu vəzifədən azad edildikdən sonra o, vergilər naziri təyin olunub. 2019-cu ilin oktyabrında isə İqtisadiyyat naziri təyin edilən M.Cabbarov indi də bu vəzifəni icra edir. Təhsil naziri olduğu dövrdə, universitetlərdə SABAH qruplarının, eləcə də Tələbə Kredit Fondunun yaradılması kimi mütərəqqi addımlarla yadda qalıb.
6. Ceyhun Bayramov
Ceyhun Bayramov 23 aprel 2018 — 16 iyul 2020-ci illərdə təhsil naziri olub. Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsindən azad edilməsindən sonra, həmin vəzifəyə C.Bayramov təyinat alıb. C.Bayramov hazırda Azərbaycan Respublikasının xarici işlər naziridir.
Sabiq təhsil nazirlərimiz indi haradadır? – ARAŞDIRMA
09:24 - 21 Fevral 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
31 Mart 2026 - 13:16
Vado Korovin bu xanıma "Space"də yüksək vəzifə verdi - FOTO
31 Mart 2026 - 09:15
“Nə Rasim? Mən tətildəyəm” - Deputatlar vida mərasiminə niyə gəlmədi?
31 Mart 2026 - 10:19
Azərbaycanda AĞIR QƏZA - Ölənlər və yaralananlar var
31 Mart 2026 - 17:44
Kosovada Türkiyə komandasının qaldığı otelə HÜCUM - ANBAAN VİDEO
31 Mart 2026 - 20:19
Sabah bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
31 Mart 2026 - 18:47
19 yaşlı qız bıçaqlandı - Şübhəli dayısı oğludur
31 Mart 2026 - 13:49
31 Mart Soyqırımı - Azərbaycan tarixində qanlı izlər
31 Mart 2026 - 19:46
Naxçıvanda ağır qəza: Yaralılar var - FOTO
31 Mart 2026 - 21:53
Zaqatalada 2 maşın toqquşdu - Yaralılar var
31 Mart 2026 - 19:00
Yağışlı havada Bakıda yük maşını belə aşıb - VİDEO
31 Mart 2026 - 11:40
Oğul atasının boğazını kəsərək öldürdü
31 Mart 2026 - 10:44
29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı? – NADİR GÖRÜNTÜLƏR
Xəbər xətti
- 01 Aprel 2026
- 01:30 Gözünüzün forması haqqınızda nə deyir? - Xarakter analizi
- 00:47 Türkiyə Futbol üzrə Dünya Çempionatına vəsiqə qazandı - YENİLƏNİB
- 00:02 Bu gündən küçədə elektron siqaret çəkənlər cərimələnəcək
- 31 Mart 2026
- 23:51 Meteohəssas insanların DİQQƏTİNƏ
- 23:42 Faciəvi şəkildə ölən klub prezidentinin qardaşı itkin düşüb - FOTO
- 23:23 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin nəzərinə
- 23:04 Türkiyə yığmasının məşqçisi matç zamanı huşunu itirdi - FOTO
- 22:58 Yük və minik maşınları toqquşdu - Yaralılar var
- 22:44 Ankaradakı Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı proyeksiya olundu
- 22:29 Millimiz Bolqarıstanla səfər matçında xal qazandı
- 22:14 Hakan Fidan Umerovla görüşdü
- 21:53 Zaqatalada 2 maşın toqquşdu - Yaralılar var
- 21:41 Azərbaycanda bu şəxslərə mənzil veriləcək
- 21:29 "Avroviziya" Asiyada da keçiriləcək
- 21:15 Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
- 20:52 Bakıda evdən qadın meyiti tapıldı
- 20:36 "Ukrayna və ABŞ arasında videodanışıqlar keçiriləcək" - Zelenski
- 20:19 Sabah bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 20:01 Bakıda obyektdə partlayış: Xəsarət alan var - VİDEO
- 19:46 Naxçıvanda ağır qəza: Yaralılar var - FOTO
- 19:31 SEPAH ABŞ şirkətlərinə zərbələr endirməklə hədələdi
- 19:16 Azərbaycana xəyanət edən "alim"in əsl siması - İqbal Əbilovun arxasında kimlər dayanır?
- 19:00 Yağışlı havada Bakıda yük maşını belə aşıb - VİDEO
- 18:47 19 yaşlı qız bıçaqlandı - Şübhəli dayısı oğludur
- 18:39 Ceyhun Bayramov Belçika baş nazirinin müavini ilə müzakirə apardı
- 18:28 Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirildi
- 18:12 Hazırda 16 yolda tıxac var - SİYAHI
- 17:59 İtaliya ABŞ-yə bunu etməyə icazə vermədi
- 17:54 Bu "mall"a 18 yaşından kiçiklərin girişi qadağan edildi
- 17:52 “Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ
- 17:44 Kosovada Türkiyə komandasının qaldığı otelə HÜCUM - ANBAAN VİDEO
- 17:26 Zelenski Körfəz ölkələri ilə milyon dollarlıq müqavilələr bağladı
- 17:21 Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda - FOTOLAR
- 17:09 "Birdən-birə danışma qabiliyyətimi itirdim" - NASA-nın kosmosdan təxliyə etdiyi astronavtdan şok açıqlama
- 17:06 Bu tarixdən balıq ovu qadağan edilir
- 16:59 Partlayış səsləri eşidiləcək - MN
- 16:44 Trampdan müharibəyə ölkələrə şok sözlər
- 16:35 ETX məktəblilərin kibertəhlükəsizlik üzrə maarifləndirilməsini davam etdirir
- 16:24 Venesuelada 7 il sonra ABŞ səfirliyi fəaliyyətə başladı
- 16:23 I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin SİYAHISI
- 16:18 Mayda 14 gün iş olmayacaq
- 16:18 "Kənd və qəsəbələrdəki bütün evlər vurulacaq" - İsrail rəsmən elan etdi
- 16:00 Hakan Fidan Fələstin Dövlət Başçısının müavini ilə görüşdü
- 15:55 Türkiyədə zəlzələ baş verdi
- 15:50 Təl-Əvivdə həyəcan siqnalları çalındı
- 15:37 Məktəbdə zorakılığa məruz qaldı - Tüfənglə dəhşət saçdı
- 15:27 Bandan Candana həbs cəzası - Qərar verildi
- 15:16 Dubayda partlayış səsləri eşidildi
- 15:12 Sabahdan elektron siqaret çəkənlər cərimələnəcək
- 15:04 Əli Əsədovdan yeni QƏRAR
- 14:42 Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı