Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Qida Təhlükəsizliyi İnstitutu İKT avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Manset.az “Ölkə.Az”a istinadən xəbər verir ki, tenderin qalibi “Texnolife.Az” MMC olub.
Qalib təşkilatla 548.175 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Texnolife.Az” MMC 06.10.2022 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vəliyev Muzaəddin Səlim oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Şərifzadə, ev 12, m. 186, nizamnamə kapitalı 10 manatdır.