Milli Məclisin İnzibati qanunvericilik sektorunun müdiri, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev məhkəməyə verilib. Ondan şikayətçi olan isə Göygöl rayon sakini Mehman Həsənovdur.
Manset.az xəbər verir ki, Göygöl rayon Məhkəməsində mülki qaydada iddia qaldıran 61-yaşlı Həsənov deyir ki, 8 ildir Vəliyevlər onun əmlakını alsalar da, bu günə qədər əvəzini ödəmirlər. Söhbət Göygölün Yeni Zod kəndində yerləşən 10 sot torpaq sahəsindən gedir.
"İçərini heç cür görmək olmur"
Həsənovun əlində Yeni Zod kəndində 10 sot torpaq sahəsinin sahibi olduğunu təsdiqləyən sənədlər, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarış da var. Deyir ki, yaşıllıq ərazidə yerləşən sözügedən daşınmaz əmlakı 2010-cu ildə alqı-satqı yoluyla əldə edib: "Öz vəsaitim hesabına o ərazini hasarlatdırdım. Tikintidə istifadə olunan qum, sement, armaturu Gəncədən alıb daşıtdırmışdım. Kifayət qədər xərcim çıxmışdı. 2013-cü ildə xəbər göndərdilər ki, Elmar Vəliyevin oğlu o yeri istəyir. Onların gücünü bilirdim, başa düşürdüm ki, müqavimət göstərməyin mənası yoxdur. Ona görə əvvəlcədən xoşluqla razılaşdım. Gah dedilər, pulunu verəcəklər, gah dedilər, əvəzinə başqa yerdə torpaq sahəsi veriləcək...".
Həsənov iddia edir ki, üstündən 8 il keçsə də, nə pul ala bilib, nə də torpaq. Üstəlik, əlində sənədləri ola-ola həmin əraziyə də daxil ola bilmir. İddiaçı bildirib ki, dərhal onun çəkdiyi hasarı sökdürüb, daha hündür hasar çəkiblər.
Göygöl sakininin sözlərinə görə, sözügedən ərazidə onunla yanaşı, bir neçə başqa qonşusunun da ərazisinı alıb bir-birinə qatıblar: "Hasar o qədər hündürdür ki, içərini heç cür görmək olmur. Deyilənə görə, Elmar müəllimin oğlu orada özünə istirahət yeri, idman meydançası düzəltdirib. Amma özüm görməmişəm".
"Şikayət etməyi özümə rəva görmürdüm"
Həsənov bildirib ki, digər mülkiyyətçilərə də əmlakının əvəzi ödənilməmişdi. Ona görə də hələ bir neçə il əvvəl dövlət orqanlarına, məhkəməyə şikayət ediblər. Ona da eyni addımı atmağı təklif eləsələr də, imtina edib. Qarşı tərəfin söz verdiyini nəzərə alaraq, vədə əməl olunmasını gözləyib: "Çünki mənə bir neçə dəfə söz vermişdilər. Gəncə şəhər İcra Hakimiyyətində Elmar müəllimin Mahmud adlı işçisi, adətən, mənimlə əlaqə saxlayırdı. Bir neçə yerdə torpaq sahəsi göstərmişdi. Razılaşdığım da olmuşdu, amma sonradan onu da vermədilər. Hətta ayrı-ayrı yerlərdən daha kiçik ölçülü torpaq sahələrinə də razılaşdım, yenə xeyri olmadı... Aramızda söhbət olmuşdu deyə, mən şikayət etməyi özümə rəva görmürdüm. Axırda başa düşdüm ki, bunlar mənə heç nə vermək fikrində deyil".
Mehman Həsənovun Elmir Vəliyevə qarşı iddiasına yarım ildən çoxdur ki, Göygöl rayon Məhkəməsində baxılır. Hazırda məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Əmlaka baxış keçirə bilmirlər
Cavabdeh Vəliyevin nə özü, nə də nümayəndəsi məhkəməyə gəlir. Hakim Qələmdar Abbasov mübahisə predmeti olan əmlaka yerində baxış keçirilməsinə qərar verib.
İddiaçının vəkili, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları da daxil olmaqla, bir neçə nəfər əraziyə baxış keçirməyə getsə də, içəri daxil ola bilməyiblər.
Vəkil Zabil Qəhrəmanov da AzadlıqRadiosuna bunu təsdiqləyib. Müdafiəçi bildirib ki, bu üzdən məhkəmə prosesi uzun müddətdir ki, təxirə salınıb. Nə vaxt keçiriləcəyi də məlum deyil.
32 yaşlı Elmir Vəliyevin bu ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.
Göygöl rayon Məhkəməsindən isə belə bir işin icraatda olduğunu təsdiqləsələr də, bu barədə açıqlama verməkdən imtina ediblər: "Araşdırmalar davam edən işlə bağlı heç bir açıqlama verilə bilməz".
Xatırlatma
60 yaşlı Elmar Vəliyev 2004-2011-ci illərdə Yevlaxın, daha sonra 2018-ci ilə qədər Gəncənin icra başçısı olub. O, 2018-ci il iyulun 3-də sui-qəsdə məruz qalıb. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd terror aktı kimi rəsmiləşdirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.
Səfərov bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər.
Məhkəmədə sabiq icra başçısının dindirilməsi tələb olunsa da, nümayəndəsi Vəliyevin anlaqsız olması haqda arayış təqdim edib.
Demokrat.az
Elmar Vəliyevin oğlu məhkəməyə verildi
09:47 - 03 Sentyabr 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
16 İyul 2026 - 10:39
Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar - FOTO
16 İyul 2026 - 00:14
Vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
15 İyul 2026 - 23:51
Bu ərazilərdə yeni “ASAN xidmət” mərkəzləri yaradılacaq - VİDEO
15 İyul 2026 - 22:11
"Vestri"ni artıq daha yaxından tanıyırıq" - Qurban Qurbanov
16 İyul 2026 - 00:30
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
15 İyul 2026 - 23:34
ABŞ İrana qarşı ikinci zərbə dalğasına başladı
15 İyul 2026 - 21:42
“Mitsubishi” yanacaqdoldurma məntəqəsinə çırpıldı - Yaralılar var
15 İyul 2026 - 23:58
İranın 3 şəhərində partlayışlar baş verdi
15 İyul 2026 - 22:51
Hikmət Hacıyevdən IV Şuşa Qlobal Media Forumu ilə bağlı PAYLAŞIM
15 İyul 2026 - 22:32
Şəmkirdə avtomobillər toqquşdu: Yaralılar var - FOTO
15 İyul 2026 - 23:43
Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
16 İyul 2026 - 01:30
Soyuq əllər təhlükəli xəstəliklərin əlamətidir
Xəbər xətti
- 16 İyul 2026
- 17:00 Bakıda açıq ərazidə YANĞIN
- 16:30 Kəlbəcərdə 11 yaşlı oğlanın meyiti tapıldı
- 16:16 ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - FOTOLAR
- 16:07 Yelləncəyin ipi boğazına dolanan azyaşlı ÖLDÜ
- 15:51 Türkiyədə meşə yanır - Helikopterlər cəlb olundu
- 15:43 Aydın Tağıyevin kitabının təqdimatı oldu - FOTOLAR
- 15:35 Otlaq üstündə silahlı dava - 15 nəfər yaralandı
- 15:25 Tehran ABŞ bazalarını vurdu - Vaşinqton Hörmüzdə əməliyyat keçirdi
- 15:14 Bakı-Balakən qatarına bilet alanların NƏZƏRİNƏ
- 15:00 "Google"dan Rusiyaya növbəti zərbə - Bu tətbiqlər silindi
- 14:37 Yeni Zelandiya silkələndi - Sunami xəbərdarlığı verildi
- 14:20 Qubada antibiotik vurulan hamilə qadın öldü - FOTO
- 13:58 Ukraynada Zelenskinin qərarına etirazlar başladı - FOTOLAR
- 13:47 ABŞ ordusunda yeni qayda - 30 yaşdan yuxarı hərbçilər yoxlanılacaq
- 13:36 Hidayət Heydərov paylaşımlarına görə CƏZALANDIRILDI
- 13:15 "Samsunspor"un Niderland marafonu başlayır
- 13:02 “Hücumlar cavabsız qalmayacaq” - İrandan SƏRT MESAJ
- 12:48 “Müharibənin Qara dənizə sıçramasını istəmirik” - Hakan Fidan
- 12:47 Britaniya lideri Kiyevə getdi - Rusiya Ukraynaya zərbələr endirdi
- 12:36 Azərbaycanda 38 dərəcə isti olacaq
- 12:35 “Anlaşma olmazsa, bu işi birdəfəlik bitirəcəyik” - Trampdan İrana GÖZDAĞI
- 12:33 Məşhur aktyorun ölüm səbəbi açıqlandı
- 12:23 Boşanmaq istədi, məhkəmə onu təqsirkar saydı
- 12:12 Borcunu ödəməyən bələdiyyəyə şok icra əməliyyatı
- 12:11 Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
- 11:51 Fələstinin Baş naziri Fəxri xiyabanda - FOTOLAR
- 11:34 ASAN İnnovativ İnkişaf Mərkəzi və “Kontakt” Şuşada jurnalistlər üçün təlim reallaşdırdı - FOTOLAR
- 11:29 Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirildi - FOTOLAR
- 11:22 Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
- 11:08 İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi - FOTOLAR
- 10:40 Təəssüf, o, “Qalatasaray”dan ayrıldı - FOTO
- 10:39 Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar - FOTO
- 10:33 Şərqi Zəngəzurla bağlı Azərbaycan və UN-Habitat saziş imzaladı
- 10:24 Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
- 10:12 Türkiyədə tanınmış müğənni və prodüserlər saxlanıldı
- 09:56 Şəmkirdə 11 nəfər yeməkdən zəhərləndi
- 09:25 "Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
- 09:11 Ceyhun Bayramov Rusiyaya getdi
- 08:59 Bakıda məşhur hoteldə YANĞIN - Qonaqlar təxliyə edildi
- 08:30 Həddindən artıq isti havalar infarkt riskini artırır
- 08:00 Tənbəlliyin immun sisteminə müsbət təsiri varmış - Mütəxəssis rəyi
- 01:30 Soyuq əllər təhlükəli xəstəliklərin əlamətidir
- 00:30 "Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
- 00:14 Vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- 15 İyul 2026
- 23:58 İranın 3 şəhərində partlayışlar baş verdi
- 23:51 Bu ərazilərdə yeni “ASAN xidmət” mərkəzləri yaradılacaq - VİDEO
- 23:43 Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 23:34 ABŞ İrana qarşı ikinci zərbə dalğasına başladı
- 23:16 5 küçədə təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
- 22:51 Hikmət Hacıyevdən IV Şuşa Qlobal Media Forumu ilə bağlı PAYLAŞIM
- 22:32 Şəmkirdə avtomobillər toqquşdu: Yaralılar var - FOTO