Milli Məclisin İnzibati qanunvericilik sektorunun müdiri, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev məhkəməyə verilib. Ondan şikayətçi olan isə Göygöl rayon sakini Mehman Həsənovdur.
Manset.az xəbər verir ki, Göygöl rayon Məhkəməsində mülki qaydada iddia qaldıran 61-yaşlı Həsənov deyir ki, 8 ildir Vəliyevlər onun əmlakını alsalar da, bu günə qədər əvəzini ödəmirlər. Söhbət Göygölün Yeni Zod kəndində yerləşən 10 sot torpaq sahəsindən gedir.
"İçərini heç cür görmək olmur"
Həsənovun əlində Yeni Zod kəndində 10 sot torpaq sahəsinin sahibi olduğunu təsdiqləyən sənədlər, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarış da var. Deyir ki, yaşıllıq ərazidə yerləşən sözügedən daşınmaz əmlakı 2010-cu ildə alqı-satqı yoluyla əldə edib: "Öz vəsaitim hesabına o ərazini hasarlatdırdım. Tikintidə istifadə olunan qum, sement, armaturu Gəncədən alıb daşıtdırmışdım. Kifayət qədər xərcim çıxmışdı. 2013-cü ildə xəbər göndərdilər ki, Elmar Vəliyevin oğlu o yeri istəyir. Onların gücünü bilirdim, başa düşürdüm ki, müqavimət göstərməyin mənası yoxdur. Ona görə əvvəlcədən xoşluqla razılaşdım. Gah dedilər, pulunu verəcəklər, gah dedilər, əvəzinə başqa yerdə torpaq sahəsi veriləcək...".
Həsənov iddia edir ki, üstündən 8 il keçsə də, nə pul ala bilib, nə də torpaq. Üstəlik, əlində sənədləri ola-ola həmin əraziyə də daxil ola bilmir. İddiaçı bildirib ki, dərhal onun çəkdiyi hasarı sökdürüb, daha hündür hasar çəkiblər.
Göygöl sakininin sözlərinə görə, sözügedən ərazidə onunla yanaşı, bir neçə başqa qonşusunun da ərazisinı alıb bir-birinə qatıblar: "Hasar o qədər hündürdür ki, içərini heç cür görmək olmur. Deyilənə görə, Elmar müəllimin oğlu orada özünə istirahət yeri, idman meydançası düzəltdirib. Amma özüm görməmişəm".
"Şikayət etməyi özümə rəva görmürdüm"
Həsənov bildirib ki, digər mülkiyyətçilərə də əmlakının əvəzi ödənilməmişdi. Ona görə də hələ bir neçə il əvvəl dövlət orqanlarına, məhkəməyə şikayət ediblər. Ona da eyni addımı atmağı təklif eləsələr də, imtina edib. Qarşı tərəfin söz verdiyini nəzərə alaraq, vədə əməl olunmasını gözləyib: "Çünki mənə bir neçə dəfə söz vermişdilər. Gəncə şəhər İcra Hakimiyyətində Elmar müəllimin Mahmud adlı işçisi, adətən, mənimlə əlaqə saxlayırdı. Bir neçə yerdə torpaq sahəsi göstərmişdi. Razılaşdığım da olmuşdu, amma sonradan onu da vermədilər. Hətta ayrı-ayrı yerlərdən daha kiçik ölçülü torpaq sahələrinə də razılaşdım, yenə xeyri olmadı... Aramızda söhbət olmuşdu deyə, mən şikayət etməyi özümə rəva görmürdüm. Axırda başa düşdüm ki, bunlar mənə heç nə vermək fikrində deyil".
Mehman Həsənovun Elmir Vəliyevə qarşı iddiasına yarım ildən çoxdur ki, Göygöl rayon Məhkəməsində baxılır. Hazırda məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Əmlaka baxış keçirə bilmirlər
Cavabdeh Vəliyevin nə özü, nə də nümayəndəsi məhkəməyə gəlir. Hakim Qələmdar Abbasov mübahisə predmeti olan əmlaka yerində baxış keçirilməsinə qərar verib.
İddiaçının vəkili, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları da daxil olmaqla, bir neçə nəfər əraziyə baxış keçirməyə getsə də, içəri daxil ola bilməyiblər.
Vəkil Zabil Qəhrəmanov da AzadlıqRadiosuna bunu təsdiqləyib. Müdafiəçi bildirib ki, bu üzdən məhkəmə prosesi uzun müddətdir ki, təxirə salınıb. Nə vaxt keçiriləcəyi də məlum deyil.
32 yaşlı Elmir Vəliyevin bu ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.
Göygöl rayon Məhkəməsindən isə belə bir işin icraatda olduğunu təsdiqləsələr də, bu barədə açıqlama verməkdən imtina ediblər: "Araşdırmalar davam edən işlə bağlı heç bir açıqlama verilə bilməz".
Xatırlatma
60 yaşlı Elmar Vəliyev 2004-2011-ci illərdə Yevlaxın, daha sonra 2018-ci ilə qədər Gəncənin icra başçısı olub. O, 2018-ci il iyulun 3-də sui-qəsdə məruz qalıb. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd terror aktı kimi rəsmiləşdirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.
Səfərov bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər.
Məhkəmədə sabiq icra başçısının dindirilməsi tələb olunsa da, nümayəndəsi Vəliyevin anlaqsız olması haqda arayış təqdim edib.
Demokrat.az
Elmar Vəliyevin oğlu məhkəməyə verildi
09:47 - 03 Sentyabr 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
31 May 2026 - 13:39
SON DƏQİQƏ! Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO
31 May 2026 - 12:46
Sabah bu ərazilərə yağış yağacaq - Dolu düşəcək
31 May 2026 - 18:21
"Məmmədlinin bərbad hala düşən yolu ilə bağlı tədbir görüləcək" - AAYDA rəsmisi
31 May 2026 - 19:00
İsrailin hərbi maşınları Suriyaya girdi
31 May 2026 - 16:12
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
31 May 2026 - 17:57
Bu ölkədə qayıq qayaya çırpıldı - ÖLƏNLƏR VAR
31 May 2026 - 10:06
Avtobus od tutub yandı - Ölən və xəsarət alanlar var
31 May 2026 - 15:17
Valideynlərə SEVİNDİRİCİ XƏBƏR - Sabah pulsuz olacaq
31 May 2026 - 09:50
" “Beloçka” tumu zibillik məhsuludur"
31 May 2026 - 10:26
Bu ölkədə 300-ə yaxın uçuş ləğv edildi
31 May 2026 - 14:24
Paytaxtda fəaliyyət göstərən bu avtobuslar dəyişdirilir
31 May 2026 - 14:07
Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO
Xəbər xətti
- 01 İyun 2026
- 01:00 Roza Zərgərli Kadırovla görüşdü - FOTO
- 00:30 Piratlar Hind okeanında tankeri ələ keçirdi
- 00:00 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
- 31 May 2026
- 23:39 İstanbulda yaxta yandı
- 23:21 Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO
- 23:00 Cüdoçularımız Avropa Kubokunda 5 medal qazandı
- 22:34 “Hizbullah” İsrail ərazisinə 20-dən çox raket atdı
- 22:16 Şavkat Mirziyoyev Ərdoğana başsağlığı verdi
- 21:55 Şərurda yarımtikili ev yandı - FOTO
- 21:26 Zelenski onların vəzifəsini dəyişmək istəyir
- 21:00 Əlcəzair-Azərbaycan enerji sazişi təsdiqləndi
- 20:48 Mingəçevirdə 15 yaşlı qızı maşın vurdu
- 20:22 Livanın Baş naziri İsraili təcili atəşkəsə çağırdı
- 20:00 Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirdi
- 19:45 Myanmada partlayış - Ölən və yaralananlar var
- 19:23 “Zirə” bu futbolçularla yollarını ayırdı
- 19:00 İsrailin hərbi maşınları Suriyaya girdi
- 18:38 Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşdı
- 18:21 "Məmmədlinin bərbad hala düşən yolu ilə bağlı tədbir görüləcək" - AAYDA rəsmisi
- 17:57 Bu ölkədə qayıq qayaya çırpıldı - ÖLƏNLƏR VAR
- 17:41 Aİ Rusiya neftinin qiymətini qaldıra bilər
- 17:21 İlk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
- 16:57 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
- 16:43 Avropanın ən yaxşı çimərlikləri açıqlandı - FOTO
- 16:27 Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
- 16:12 Yollarda görünüş məsafəsi məhdudlaşacaq
- 16:00 Sosial şəbəkələrdə "ideal həyat" paylaşımları yeniyetmələri tələyə salır
- 15:45 AZAL heyəti Hökumə Əliyevanın məzarını ziyarət etdi - FOTOLAR
- 15:35 SEPAH Hörmüz boğazı ilə bağlı açıqlama verdi
- 15:17 Valideynlərə SEVİNDİRİCİ XƏBƏR - Sabah pulsuz olacaq
- 15:00 Türkiyəli məşhur professor 50 kq arıqladı
- 14:40 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
- 14:24 Paytaxtda fəaliyyət göstərən bu avtobuslar dəyişdirilir
- 14:07 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO
- 13:55 Bakıya gələn sürücülərə MÜRACİƏT
- 13:39 SON DƏQİQƏ! Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO
- 13:25 Bərdədə ağır yol qəzası - Çox sayda xəsarət alanlar var
- 13:22 Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
- 13:05 Bu avtobuslardan istifadə edənlərə şad xəbər
- 12:46 Sabah bu ərazilərə yağış yağacaq - Dolu düşəcək
- 12:30 Zəncirvari qəzada dörd nəfər öldü
- 12:12 Tramp şərtləri sərtləşdirir - ABŞ-İran müqaviləsi sual altındadır
- 11:55 NATO ölkələri Hörmüz boğazındakı əməliyyata qoşula bilərlər
- 11:37 Türkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaraladı
- 11:17 Tramp İranla danışıqlar haqqında açıqlama verdi
- 11:00 Vaşinqtonda zavodda qəza 11 nəfərin ölümünə səbəb oldu
- 10:41 “Sabah” onunla yollarını ayırdı
- 10:26 Bu ölkədə 300-ə yaxın uçuş ləğv edildi
- 10:06 Avtobus od tutub yandı - Ölən və xəsarət alanlar var
- 09:50 " “Beloçka” tumu zibillik məhsuludur"
- 09:32 Bu ərazidə 5,6 maqnitudada zəlzələ baş verdi