logo
logo logo
logo

Kolleclərə qəbul olmaq istəyənlərin sayı AÇIQLANDI

18:42 - 10 Aprel 2023

Kolleclərə qəbul olmaq istəyənlərin sayı AÇIQLANDI

Ümumi (9 illik) orta təhsil bazasında 2023/2024-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclər) tələbə qəbul davam edir.

 

Manset.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu gün saat 18:10-a olan məlumata görə, 16 min 739 (Azərbaycan bölməsi -16 min 249; rus bölməsi - 490) abituriyent ərizəsini təsdiq edib.

Ərizə qəbulu aprelin 24-dək internet vasitəsilə aparılır. Abituriyentlər DİM-in ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq səhifəyə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni Mərkəzin saytında yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az