Cavid Qurbanovu Şahin Bağırov əvəzlədi - RƏSMİ (YENİLƏNDİ)

16:32 - 11 Aprel 2023

Cavid Qurbanovu Şahin Bağırov əvəzlədi - RƏSMİ (YENİLƏNDİ)

Azərbaycan Voleybol Federasiyasından “Qafqazinfo”ya bildirilib ki, Cavid Qurbanov vəzifəsindən istefa verib və onun istefası qəbul edilib.

 

Manset.az xəbər verir ki, AVF-nin yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov seçilib. 


***

Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.

Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək.

2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federasiyanın prezidenti seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az