Azxeber.com 13 yaşını qeyd edir

15:53 - 13 Aprel 2023

Azxeber.com 13 yaşını qeyd edir

Bu gün Azxeber.com informasiya portalının 13 yaşı tamam olur.

 

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

Belə ki, portalın rəsmi instagram səhifəsini 708 mindən, tiktok səhifəsini 100 mindən çox, telegram və youtube kanallarını 100 minə yaxın insan bəyənib.

Eyni zamanda portalın bütün sosial şəbəkələrdə fəaliyyət göstərən rəsmi hesabları mövcuddur.

Beynəlxalq sayğac sistemi olan "Google Analytics"ə görə portala son 1 ayda 1 milyona yaxın ziyarətçi daxil olub.

Azxeber.com kollektivini Manset.az xəbər portalı adından təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az