Qaradağ Limanında ƏMƏLİYYAT: "Kalaşnikov"la gəzən tutuldu

09:47 - 14 Aprel 2023

Qaradağ Limanında ƏMƏLİYYAT: \"Kalaşnikov\"la gəzən tutuldu

Bakıda dəniz limanında silahlı saxlanılıb.

 

Manset.az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xətt Polis Bölməsinin əməkdaşları aprelin 12-i saat 05:10-da təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə 27 yaşlı Əzizəliyev Orxan İnqlab oğlu Qaradağ rayonu, Sar qəsəbəsində yerləşən Qaradağ Limanında saxlanılıb.

Onun üzərindən 1 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd 7,62x39 mm kalibrli döyüş sursatı və atəş üçün yararlı olan ştat patronlar, 2 ədəd daraq və 9,547 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az