logo
logo logo
logo

Sabah hava necə olacaq?

12:59 - 14 Aprel 2023

Sabah hava necə olacaq?

Aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz havanın qısa müddətə arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az