Komando bölmələri praktiki atış çalışmalarını icra etdi - VİDEO

13:31 - 15 Aprel 2023

Komando bölmələri praktiki atış çalışmalarını icra etdi - VİDEO

2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

 

Manset.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az