"Vətən müharibəsinə könüllü getdim" - Vüqar Muradov (VİDEO)

17:05 - 15 Aprel 2023

\"Vətən müharibəsinə könüllü getdim\" - Vüqar Muradov (VİDEO)

Müğənni Vüqar Muradov hərbi xidmətə getmədiyi halda İkinci Qarabağ müharibəsinə könüllü getdiyini açıqlayıb.

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu verilişlərin birində deyib.

“İkinci Vətən müharibəsi başlayanda 37 yaşım vardı. Mənim yaşım düşmürdü, çünki o yaşda hərbiyə çağırış yox idi. Amma mən qaçıb getdim cəbhəyə.

Zamanında orqanizmimdə olan problemlər - ayağımın altının düz və mədəmdə xora olması səbəbilə məni əsgərliyə aparmamışdılar.

Halbuki, əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə, Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim. ATV-də verilişlərin birində çıxış etdim və oradan birbaşa müharibəyə getdim”, - deyə Vüqar vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az