“Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları” təsdiq edilib.
Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydaların məqsədi məhkəmə ekspertlərinin siyahısının müəyyən edilməsi və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir.