Kapital Bank-da yeni təyinatlar oldu - FOTOLAR

15:18 - 05 May 2023

Kapital Bank-da yeni təyinatlar oldu - FOTOLAR

Kapital Bank-ın səhmdarlarlı yeni təyinatları təsdiqlənib.

 

Manset.az xəbər verir ki, 4 may 2023-cü il tarixində Kapital Bank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. İclasda bir çox məsələlər müzakirə edilib və qəbul edilən qərara əsasən Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub.

İndiyədək bu vəzifəni PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov icra edirdi. O, bundan sonra fəaliyyətini Müşahidə Şurasının üzvi kimi davam etdirəcək. Rövşən Allahverdiyev 2013-cü ildən Kapital Bank-ın İdarə Heyətinə rəhbərlik edib.

Digər qərara əsasən Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov, Bankın İdarə Heyətinin sədri təyin edilib. Fərid Hüseynov 2015-ci ildən Kapital Bank-ın İdarə Heyətinin üzvüdür.

Qeyd edək ki, Kapital Bank-ın səhmlərinin 99,87%-i PAŞA Holding-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın birinci dərəcəli kapitalı 600 milyon. manatdır. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az