Nazir büdcəyə ediləcək dəyişikliyin səbəblərini AÇIQLADI

10:24 - 06 May 2023

Nazir büdcəyə ediləcək dəyişikliyin səbəblərini AÇIQLADI

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb”.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, əsas istiqamətləri Prezident İlham Əliyev öz çıxışında göstərib.

“İlk növbədə Böyük Qayıdış proqramı ilə əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramı sürətlə həyata keçirilməkdədir. Digər tərəfdən, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də əlavə vəsaitə ehtiyac var. Bunun üçün də büdcəyə yenidən baxılması nəzərdə tutulub”, - deyə nazir əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az