Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, qəza zamanı 12 nəfər ölüb, 31 nəfər xəsarət alıb.
Ölkənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb ki,
Nazir qeyd edib ki, zəncirvari qəzada xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə 22 təcili yardım maşını cəlb edilib.
Qeyd edək ki, yük avtomobili əsgərləri yola salan izdihama çırpılıb. Yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb.