Azərbaycanda avtomat satmaq istəyən şəxs ƏLƏ KEÇDİ - FOTO

09:17 - 08 May 2023

Azərbaycanda avtomat satmaq istəyən şəxs ƏLƏ KEÇDİ - FOTO

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərindən rayon ərazisinə gələrək odlu silah satmaqda şübhəli bilinən şəxs salxanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə Bakı şəhər sakini Ruslan Zalıyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Üzərinə baxış zamanı marixuana və metamfetamin aşkarlanan R. Zalıyevin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Tovuz rayonuna satmaq üçün gətirdiyi avtomatın yeri də məlum olub.

Polis əməkdaşları həmin yerə baxış keçirən zaman oradan 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 18 ədəd patron və narkotik vasitə olan marixuana aşkar olunaraq götürlüb. Şübhəli şəxs ifadəsində narkotik istifadəçisi olduğunu, odlu silahı satmaq üçün Tovuz rayonuna müşxtəri tapmağa gəldiyini etiraf edib.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az