Ceyhun Əsgərovun vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

10:18 - 08 May 2023

Ceyhun Əsgərovun vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun səhhəti yenidən pisləşib.

 

Manset.az bakupost.az-a istinadən xəbər verir ki, o, bir neçə gün əvvəl müalicə müəssisəsinə köçürülüb. Həkimlərin bildirdiyinə görə, C. Əsgərov ən azı 20 gün xəstəxanada qalmalıdır.

Xatırladaq ki, o, ötən ilin avqustunda da xəstəxanaya yerləşdirilmişdi.

Ceyhun Əsgərov jurnalistlik fəaliyyətinə ANS-də başlayıb və xeyli müddət bu kanalda çalışıb. Daha sonra aznews.az saytında baş redaktor, Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat katibi işləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az